29 iyun 2023 14:52
482

Fransada AzTV-nin jurnalistlərinə hücum edənlərin cəzalandırılacağını gözləyirik- Azərbaycan XİN

Fransada AzTV-nin azərbaycanlı jurnalistlərinə edilən hücumu qətiyyətlə pisləyirik.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

“Jurnalistlərə qarşı törədilən bu xain hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik”, - məlumatda deyilir.