30 iyun 2023 10:26
720

Dünyanın ilk analoq optik kompüteri

"Microsoft"un Kembric tədqiqat laboratoriyası optimallaşdırma problemlərini ildırım sürətində həll etməyi vəd edən dünyanın ilk analoq optik kompüterini təqdim edib.

“İki sahil” xəbər verir ki, məlumata görə, kompüter davamlı məlumatları emal etmək üçün fotonlardan və elektronlardan istifadə edir.

"Barclays" bankının köməyi ilə tamamlanan layihənin mahiyyəti maliyyə və logistika xidmətləri inkişaf etdikcə artan optimallaşdırma problemlərini mümkün qədər tez həll etməkdir.