30 iyun 2023 08:57
679

"Whatsapp"da daha bir yenilik

"Whatsapp" növbəti funksiyasını təqdim etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, tezliklə mesencerdə mesajları çatların yuxarı hissəsinə bərkitmək üçün funksiya əlavə olunacaq. İstəyinizdən asılı olaraq həmin yazıları 24 saatlıq, 7 və 30 gün müddətinə çat daxilində bərkidə biləcəksiniz.

Hazırda yenilik “Android”in beta versiyasında istifadəyə verilib.