04 iyul 2023 14:02
314

Azərbaycan və ABŞ arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik- XİN

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.

“4 iyul - Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə ABŞ hökumətini və xalqını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildiririk! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”, - paylaşımda qeyd edilib.