05 iyul 2023 01:15
802

Ürək-damar və diabet xəstələri  yayda nələri bilməlidirlər?

İsti yay ayları niyə ürək-damar xəstəlikləri və diabet xəstələri üçün xüsusilə təhlükəlidir? Yayın istisinə sağlamlığa zərər vermədən dözmək üçün nə etmək lazımdır? Bu və digər sualları “Rossiya” kanalında “Ən vacibi haqqında” verilişinin ekspertləri cavablandırıb.

İnsan üçün ən rahat hava temperaturu, bildiyiniz kimi, təxminən 22-23 dərəcədir. Daha yüksək temperatur narahatlığa və nəticədə əhvalın pisləşməsinə səbəb ola bilər.

Ürək-damar xəstəliklərindən və şəkərli diabetdən əziyyət çəkənlər yüksək temperatura ən çox həssasdırlar. Onlar yüksək istiliyi sağlamlıqları üçün bir növ təhlükə kimi qəbul etməlidirlər.

Niyə?

Birinci və ən vacib səbəb çox miqdarda maye itkisi- yəni qanın qatılaşmasına səbəb olan bədənin susuzlaşması - hiperkoaqulyasiyadır. Bu, öz növbəsində, trombotik riskləri, yəni infarkt, periferik trombozun inkişafını artırır.

"Əgər normalda orqanizmin suya ehtiyacı hər kiloqram bədən çəkisi üçün orta hesabla 35 millilitrdirsə, isti havalarda bu rəqəm ən azı iki dəfə artırılmalıdır",- deyə kardioloq Alfred Boqdanov bildirib.

Hər hansı səbəbdən istidə qanı durulaşdıran antitrombotik dərmanlar qəbul edən xəstələr bunu xüsusilə diqqətlə izləməli, maye içməli və antitrombotik dərmanlar qəbul etməyi unutmamalıdırlar. Dərman çatışmazlığı ölümcül ola bilər.

Bəs istidə şəkər xəstəliyindən əziyyət çəkən insanın orqanizmində nə baş verir?

"İstilik və bol maye itkisi fonunda qan qalınlaşır - və qlükoza konsentrasiyası artır. Bu,  hiperqlikemiya, tibbi terminlə adlandırdığımız kimi, özlüyündə mayenin daha da sərbəst buraxılmasını stimullaşdıran bir amildir, çünki orqanizm hiperqlisemiyaya poliurik reaksiya verir, ifrazat zamanı qlükoza özü ilə birlikdə maye də çəkir”,-deyə ekspert izah edib.

Buna görə də diabet yüksək hava istiliyində nəzərə alınmalı olan güclü bir risk faktorudur. Təbii ki, belə xəstələr üçün hipoqlikemik dərmanların qəbulu son dərəcə vacibdir, çünki istidə komaya qədər hiperqlisemik vəziyyətə düşmə riski olduqca yüksəkdir.

Xroniki xəstəlikləri olan insanlar üçün pəhrizdə hər hansı bir artıqlığa yol verməmək eyni dərəcədə vacibdir, çünki yayda çoxlu meyvə və giləmeyvə var və bu, əlavə bir qida yüküdür - qlükoza, xüsusilə işlənmiş şəkər ehtiva edən məhsullar: müxtəlif şirniyyatlar, şirnilər, konfetlər rasiondan kənarlaşdırılmalıdır.  

Nubar Süleymanova, “İki sahil”