04 iyul 2023 22:43
259

120 üzv, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilat QH-nın tarixində mühüm rol oynayıb

İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının nazirlər toplantısı keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "Twitter" hesabında məlumat yayıb.

"Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb", - deyə qeyd olunub.