05 iyul 2023 09:28
468

Bakıda QH Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilir

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında iştirak edəcək nazirlərin qarşılanma mərasimi keçirilir.

“İki sahil” xəbər verir ki, qonaqları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayır.

Qeyd edək ki, bu gün və sabah Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı keçiriləcək.

Nazirlərin Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.