05 iyul 2023 11:18
426

İslamofobiya Avropada epidemiyaya çevrilib- Türkiyənin XİN başçısı

“Demək olar ki, islamofobiya Avropada epidemiyaya çevrilib. Qurban bayramının ilk günündə Qurani-Kərimin yandırılması və buna müdaxilə edilməməsi inanclı insanlara təhqirdir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, bu cür mənzərə inanclı insanları ruhdan salmamalıdır.