“Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyada müstəmləkəçilik və onun fəsadları ilə bağlı çox mühüm məsələyə toxunub”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ərəb Maqreb Birliyinin Baş katibi Tayeb Bakkos deyib.
O, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlərinin bu gün Bakıda keçirilən görüşünün əhəmiyyətini də qeyd edib: “Bu görüş kimi tədbirlər, şübhəsiz ki, təşkilatın üzvləri arasında əməkdaşlığı və inteqrasiyanı gücləndirəcək, onlara müasir dünyada qarşılaşdıqları bütün çağırışlarla birgə mübarizə aparmağa imkan verəcək”.