05 iyul 2023 14:36
337

Bakıda Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bu gün Azərbaycan səfiri Əlimirzamin Əskərov Tacikistan Respublikası və Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın Tacikistan tərəfindən həmsədri, Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizadə ilə görüşüb.

Bu barədə "İki sahil"ə Azərbaycanın Tacikistandakı səfirliyindən bildirilib.

Görüşdə Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində gələcək əməkdaşlıq məsələləri, o cümlədən sözügedən Komissiyanın cari ilin 7 iyul tarixində Bakıda keçiriləcək növbəti iclasının gündəliyinə daxil olan məsələlər müzakirə edilib.

Eyni zamanda, tərəflər Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.