“Azərbaycan regionda nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin tərəfdarıdır”.
“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu məsələ bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də müzakirə olunub.
"Biz regionun böyük tranzit potensialına malik olduğuna inanırıq", - İranın xarici işlər naziri deyib.
O qeyd edib ki, əsas məqsəd bütün dünyada ədaləti və qanunun aliliyini təşviq etmək olmalıdır. İranın terrorla mübarizədə özünü mühüm tərəfdaş kimi sübut etdiyini bildirən nazir regional problemlərin yalnız regional əməkdaşlıq yolu ilə həll oluna biləcəyini əlavə edib.
Hüseyn Əmir Abdullahiyan həmçinin ölkəsinin İsveçdə “Qurani-Kərim”in yandırılmasını və dünyada islamofobiyanın artmasını pislədiyini bildirib.