05 iyul 2023 16:55
363

Nazir: Qətər QH-nin effektiv təşkilat olduğuna inanır

“Biz bütün mübahisə və münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Bu istiqamətdə Qətər vasitəçilik etməyə, yardım etməyə çalışır”.

“İki sahil” xəbər verir ki, bunu Qətər xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlərin iclasında çıxışı zamanı deyib.

Qətər xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi çıxışında Quranın yandırılmasını pisləyib. O deyib ki, bu cür kriminal hərəkətlərə icazə verilməməlidir və kəskin şəkildə qınanmalıdır.

O, deyib ki, Qətər QH-nin effektiv çoxtərəfliliyi və ölkələr arasında əməkdaşlığı təşviq edən təşkilat olduğuna inanır.

O Əfqanıstanda və Fələstindəki vəziyyətlə bağlı danışıb.

Nazir deyib ki, Fələstinlilərə qarşı zorakılıq artıb və qlobal ictimaiyyət buna reaksiya verməlidir. Onun sözlərinə görə, İsrail və Fələstin münaqişəsinin yeganə yolu ikidövlətli həll yoludur.