Tarixdə ilk reklam 1477-ci ildə İngiltərədə çap olunub. Bu dua kitabının reklamı idi.
Dünyaca məşhur kosmetika şirkəti “Max Factor” 1877-ci ildə o zaman Rusiya İmperiyasının tərkibində olan Polşada anadan olan Maksimilian Faktoroviç tərəfindən təsis edilib. O, ilk mağazasını Ryazan şəhərində açıb, nəticədə kral ailəsinin tədarükçüsü olud və 1904-cü ildə ABŞ-a mühacirət edib.
Biznesmen olmağın ən sürətli yolu Yeni Zelandiyadadır. Yerli qanunvericilik yalnız bir gün ərzində şirkəti qeydiyyatdan keçirməyə imkan verir. Bu, dünyada ən sürətli qeydiyyat şəklidir.
Dünyanın ən böyük onlayn mağazası – “Amazon”, gündə orta hesabla təxminən 15000000 məhsul satır ki, bu da saniyədə 170-dən çox satış deməkdir.

“Microsoft” fəaliyyətinin ilk ilində 16 500 dollar qazanıb və korporasiyanın 2021-ci il üçün gəliri 168 000 000 000 (168 milyard) dollar təşkil edib.
Heç düşünmüsünüzmü, bir kubmetr ağacdan nə qədər diş çubuğu hazırlamaq olar? Bir kubmetr taxtadan 500 minə yaxın diş çubuğu istehsal oluna bilər. Dünyanın ən qədim işləyən kitab mağazası Lissabonda yerləşir. Livraria Bertrand adlanır və 1732-ci ildə təsis edilmişdir.
Toyota-nın baş ofisi Toyota şəhərində yerləşir, lakin marka onun adını daşımır, əksinə əvvəlki Koromo şəhəri 1959-cu ildə dünyaca məşhur avtomobil markasının şərəfinə adlandırılıb.
2013-cü ildə JCPenny böyük və olduqca maraqlı bir qalmaqala girdi. İstehlakçılar çaydanlarının Adolf Hitlerə bənzədiyini düşünürdülər.
Hindistanda bitkilər bəzən “Coca-Cola” ilə müalicə olunur. Kolorado böcəklərini “Coca-Cola” mükəmməl şəkildə öldürür və ixtisaslaşdırılmış kimyadan daha ucuzdur.
Henri Ford öz fabrikində təmir briqadasına iş üçün deyil, istirahət üçün pul ödəyirdi. Beləliklə, işçilər konveyerin mümkün qədər rəvan işləməsi üçün nasazlıqları ən tez və səmərəli şəkildə aradan qaldırmağa həvəsli idilər.
Mühəndis, yarış sürücüsü və “Chevrolet” konserninin həmtəsisçisi Lui Şevrolet şirkətdəki payını satmış və bir sıra başqa müəssisələr yaratmışdı. Böyük Böhran başlayandan qısa müddət sonra Lui iflas etdi və 1941-ci ildə yoxsulluq içində ölməmək üçün Detroitdəki “Chevrolet” zavodunda sadə mexanik kimi işə düzəlməyə məcbur oldu.
Hər kəs “Apple”-ın Stiv Cobs və Stiv Voznyak tərəfindən qurulduğunu bilir. Lakin çox az adam bilir ki, şirkətdə 10% paya sahib olan, 20 gün sonra onu Stivə 800 dollara satan Ronald Uayne adlı üçüncü qurucu da var idi. Bir il sonra Uayneyə şirkətin gələcək iddialardan imtina etmək üçün 1500 dollar ödənildi. Bu gün onun payının dəyəri 300 milyard dolları keçəcəkdi.
Hər gün 65 nəfər milyonçu olur.
“FedEx”-in ilk günlərində qurucu Frederik Smit çoxsaylı çətinliklərin öhdəsindən gəldi. Bir dəfə şirkət yanacaq xərcləri üçün 24000 dollar ödəməli oldu və hesabında cəmi 5000 dollar var idi. Smit bütün pulu çıxarıb, Las-Veqasa getdi və “blackjack” oyununda 27000 dollar qazandı.
Hər gün 33 yeni məhsul yaradılır, onlardan 13-ü oyuncaqdır.

Dünyada hər saniyə ərzində təxminən 8000 stəkan “Coca-Cola” içilir.
İspaniyanın Rosas şəhərindəki El Bulli restoranı 2000-ci illərdə “Restaurant Magazine” tərəfindən beş dəfə dünyanın ən yaxşısı seçilib. Xidmət mövsümü cəmi yarım il idi və ora düşmək çox çətin idi: bağlandıqdan dərhal sonra bütün yerlər bütün növbəti mövsüm üçün bir gündə bron edilirdi və "yer uğrunda müsabiqədə" təxminən 250 nəfər iştirak edə bilərdi. Bir yeməyin orta qiyməti 250 avro olmasına baxmayaraq, restoran müştəri ilə dolu olurdu. 2011-ci ildə bağlandı.
Nubar Süleymanova, “İki sahil”