06 iyul 2023 10:41
422

Ilan Kiloe: Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dəstəkləyirik

“Biz Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dəstəkləyirik. İnanırıq ki, azadlıq hərəkatını dəstəkləmək üçün bizim regional quruma ehtiyacımız var, ona görə də Melaneziya Təşəbbüs Qrupunu yaratdıq”.

“İki sahil” xəbər verir ki, bu barədə Melaneziya Təşəbbüs Qrupunun siyasi məsələlər üzrə direktoru (Solomon Adaları) Ilan Kiloe Qoşulmama Hərəkatının iclası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Müstəmləkəçikiyinin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

“Biz Azərbaycanın QH-yə sədrliyi dövründə təşkilatın gündəliyində müstəmləkəçiliyin aradan qaldırılması ilə bağlı müzakirələrə daha çox yer almasında verdiyi dəstəyə görə təşəkkür edirik” – o, deyib

O, Yeni Kaledoniyada referendum keçirilmısi barədə qeyd edib ki, 2021-ci ildə bu referendum keçiriləndə onun təmsil etdiyi təşkilat bunun təxirə salınması barədə müraciət etsə də, bu nəzərə alınmadı:

“Bu referendumun keçirilməsi birtərəfli addım idi, beynəlxlaq hüququn pozulması idi və onun güc yolu ilə keçirilməsi nəticələri qeyri-legitim edir”.