06 iyul 2023 12:38
319

Parlament sədri: Fransanın Yeni Kaledoniyaya müstəqilliyini qaytarmasının vaxtıdır

Fransanın Yeni Kaledoniyaya müstəqilliyini qaytarmasının vaxtıdır.

“İki sahil” xəbər verir ki, bunu Bakıda səfərdə olan Yeni Kaledoniya parlamentinin sədri Rok Uamitan jurnalistlərə açıqlamasında deyib.

O, Fransanın Yeni Kaledoniyanı 160 ildən çoxdur ki, öz müstəmləkəsinə çevirdiyini deyib. Əlavə edib ki, artıq kolonizasiya səhifəsi bağlanmalıdır və Yeni Kaledoniya öz müstəqilliyini qazanmalıdır.

Rok Uamitan Azərbaycan Prezidenti İlham Əliyevə Qoşulmama Hərəkatının iclasında müstəmləkəçiliklə bağlı bəyanatına görə təşəkkür edib və dövlət başçısının sözlərinin kanak xalqının müstəqilliyinə nail olması baxımından önəmli dəstək olduğunu vurğulayıb.