06 iyul 2023 13:20
399

Üzləşdiyi problemləri müzakirə etmək hər bir ölkənin hüququdur - Fəriş Şəfiyev

Biz Azərbaycan olaraq qlobal güclərin mübarizəsindən əziyyət çəkmişik və çəkirik. Biz də imperiyanın bir parçası olmuşuq. İmperiyaların təsirini, onların siyasətinin fəsadlarını Cənubi Qafqazda hələ də hiss edirik.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, bu gün tədbirdə iştirak edən bir çox ölkələrin nümayəndələri müstəmləkə siyasətindən əziyyət çəkirlər. “Burada Afrikadan olan nümayəndələr də bir sıra məsələlər qaldırıblar. Hesab edirəm ki, üzləşdiyi problemləri müzakirə etmək hər bir ölkənin hüququdur. Bu məsələlər bizə də aiddir”, - deyə F.Şəfiyev vurğulayıb.