Fransa zəifləyir, ölkə hətta fransızdilli ölkələrdə təsirini itirir.
“İki sahil” xəbər verir ki, bunu Fransa Milli Assambleyasının Fransız Qvianasından olan deputatı Jan-Viktor Kastor Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində baş tutan dəyirmi masadan sonra keçirilən mətbuat konfransında deyib.
O, Fransadakı iğtişaşlarla bağlı da danışıb. Deputat deyib, vəziyyətin bu həddə çatacağı gözlənilirdi: “Artıq bəlkə dördüncü nəsildir ki, Fransa hökumətinin siyasətindən əziyyət çəkir. Biz Fransa vətəndaşıyıq, amma həm də Fransa siyasətinin qurbanıyıq. Polis zorakılığına qarşı fikir bildirsəniz Prezident Makron bunu inkar edəcək, ancaq reallıqlar göz önündədir. Baş verənlər bardağı daşıran son damla idi. Bu zorakılıqdan əziyyət çəkənlər əsl fransızlar deyillər. Bu zorakılıq artıq sistematik hal alıb.
Makronun siyasəti Fransa xalqı tərəfindən qəbuledilməz vəziyyətdədir”.