06 iyul 2023 14:35
708

Fərid Şəfiyev: Fransanın koloniyalarındakı problemlərin müzakirəsi davam edəcək

Azərbaycan qlobal güclərin təzyiqindən əziyyət çəkib. Azərbaycan da imperiyanın tərkibində olub, onun fəsadlarından indi də region əziyyət çəkir.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü ilə Azərbaycan Respublikasının üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində baş tutan dəyirmi masadan sonra keçirilən mətbuat konfransında BMTM sədri Fərid Şəfiyev bildirib.

Fərid Şəfiyev deyib ki, Qoşulmama Hərəkatı bu problemin, müstəmləkəçiliyin aradan qaldırılmasını təşviq etməkdə hər zaman fəal olub:

“Bu gün Fransanın koloniyalarındakı problemlər müzakirə olundu. Bu problemlərin müzakirəsini davam etdirəcəyik. Buradakı iştirakçılar, onların təmsil etdikləri hərəkatların QH-də müşahidəçi status almasını istəyirlər. Bu, mürəkkəb prosesdir, ancaq gündəlikdə olacaq və müzakirə olunacaq”.