Albaniya Prezidenti Bayram Beqay Azərbaycana dövlət səfərinə gəlir.
“İki sahil” Albaniya mətbuatına istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə təşkil olunub.
Bakıda ikitərəfli əməkdaşlıq, Albaniyadan qazın regionun digər ölkələrinə paylanması layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.