06 iyul 2023 15:54
406

Azərbaycan səfiri İsrail XİN-in Baş direktoru ilə görüşüb

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Ronen Levi Maoz ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin Tvitter hesabında məlumat paylaşılıb.

Bildirilib ki, tərəflər İsraillə Azərbaycan arasında bir çox ikitərəfli məsələləri və əməkdaşlığı müzakirə ediblər.