İki gün ərzində ölkəmizdə keçirilən Qoşulmamam Hərəkatının xarici işlər nazirlərinin koordinasiya iclası Azərbaycanın sədrliyi ilə sonuncu beynəlxalq tədbir idi.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yekunları bağlı jurnalistlərə açıqlamasında deyib.
“Təbii ki, iclasın hazırlıq mərhələsi uzun müddət davam edib. 120 ölkəyə aid olan böyük sənədlər paketinin hazırlanması 2 ay ərzində aparılıb və Nyu-Yorkda 2 ay ərzində sənədlər üzərində iş gedib. İclasdan iki gün öncə həmin bu prosesin sonuncu razılaşdırma mərhələsi həyata keçirilib. Nəticə etibarilə, yanvar ayında Kampalaya təhvil verməli olduğumuz yekun sənədlər razılaşdırıldı, 1356 maddədən ibarət əsas sənədlər qəbul olundu”, - nazir əlavə edib.