Qoşulmama Hərəkatı (QH) beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi müdafiəçisidir, bu, müxtəlif ideologiyaların təmsil olunduğu vahid platformadır.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yekunları bağlı jurnalistlərə açıqlamasında deyib.
“QH beynəlxalq narahatlıq doğuran məsələləri diqqətə alır. İndi beynəlxalq sülhə, təhlükəsizliyə qarşı təhdidlər, meydana çıxan çağırışlar fonunda QH üzvlərinin həmrəy və qətiyyətli olması həmişəkindən daha vacibdir. QH meydana çıxan fövqəladə vəziyyətlərə dərhal reaksiya verməlidir ki, üzv ölkələr çətin zamanlarda ona güvənə bilsinlər. Azərbaycan QH-nin fəaliyyətinin artması, üzv ölkələr arasında əməkdaşlığın və həmrəyliyin güclənməsi üçün daha çox səy göstərəcək”, - nazir vurğulayıb.