Birləşmiş Ştatların Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2032-ci ilə qədər Ayda ehtiyatların sınaqdan çıxarılmasına başlamağı planlaşdırır. Birinci mərhələdə ABŞ torpaqdan su və oksigen çıxarmağı, daha sonra isə Yerin peykində dəmir və nadir torpaq metallarının yataqlarını inkişaf etdirməyi nəzərdə tutub.
Ayda ilk mədən sınaqları yaxın onillikdə aparılacaq. Bu barədə çərşənbə günü NASA-nın əməkdaşı, raket alimi Cerald Sanders məlumat verib.
Aerokosmik agentlik kommersiya sərmayələrini cəlb etmək üçün enerji, su və Ay torpağı da daxil olmaqla potensial resursları kəmiyyətcə hesablamaq niyyətindədir.
"Biz kəşfiyyat mərhələsinə sərmayə qoymağa, resursları qiymətləndirməyə çalışırıq ki, xarici investisiyalar məna kəsb etsin və hasilatın inkişafına səbəb ola bilsin", -deyə “Reuters” Sandersdən sitat gətirib.
NASA tezliklə Aya sınaq qazma qurğusu göndərəcək. 2032-ci ilə qədər Yer peykinin səthində fosil emalı zavodunun inşası planlaşdırılır.
Xatırladaq ki, 2020-ci ildə NASA “Artemis” proqramını işə salıb. Əsas məqsəd Ayın tədqiqi, Aya yaxın stansiyanın tikintisi və Ayın kolonizasiyası üçün şəraitin hazırlanmasıdır.
Nubar Süleymanova, “İki sahil”