Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri vəzifəsinə növbəti dəfə azərbaycanəsilli türkiyəli millət vəkili Şamil Ayrım seçilib.
“İki sahil” xəbər verir ki, bunu millət vəkili Şamil Ayrımın mətbuata açıqlamasında özü bildirib.
Şamil Ayrım deyib ki, TBMM sədri və heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Türkiyə parlamentləri arasında yeni əlaqələrlə bağlı fikir mübadiləsi aparılacaq və bu barədə mətbuata açıqlama veriləcək.