08 iyul 2023 02:31
699

Tibbdə nadir görünən kiprik biti

Çində bir oğlan uşağının  kirpiklərində saç  biti aşkar edildikdən sonra  dərhal göz qapaqları dezinfeksiya edilib

Qorxunc görüntülər, üç yaşlı uşağın gözlərində yaranıb və infeksiyaya səbəb olub. Baş verən prosses qaşınma ilə başlayıb.  Zhengzhoudan olan  3 yaşlı körpə qumda oynamağı sevirdi və tez-tez gözlərini çirkli əlləri ilə ovuşdururdu. Ancaq həkimlər hələlik körpənin gözündə yaranan infeksiyanın  çirkli əllərin səbəb olub- olmadığını araşdırırlar.

Həkimlər dərhal müdaxilə edərək bitləri  körpənin gözündən xaric ediblər  və bununla da körpənin gözündə yaranan güclü qaşınma dayanıb. Həkimlərin apardığı tədqiqatlardan sonra bu hadisənin "son dərəcə nadir" olduğuna inandıqlarını bildiriblər.

Xəstəxanaya ilk  gəldikdə, körpənin valideynləri  həkimlərə onun sağ gözündə qaşıntının  yarandığını və körpənin gözündən bir həftədən çox müddət ərzində "anormal" və "görünən" mayenin  axdığını söyləyiblər.

Həkimlər  körpənin valideyninə onun yuxarı göz qapağının qızardığını və şişdiyini bildiriblər və bunun heç bir allergik vəziyyətlə əlaqəsi olmadığını da əlavə ediblər. Aparılan tibbi müayinələrdən sonra  oğlanın görmə qabiliyyətinin pozulmadığı da aşkar edilib.

Leyla Şıxəli, “İki sahil”