08 iyul 2023 00:53
647

ABŞ ilk Alzheimer dərmanını təsdiqləyib

ABŞ Qida və Dərman İdarəsi (FDA) nəhayət Alzheimer xəstəliyinin müalicəsi üçün dərmanı (ticarət adı Leqembi) təsdiqlədi. Dərman klinik effektivliyini göstərib: o, yalnız simptomlarla mübarizə aparmır, həm də xəstəliyin inkişafını ləngidir.

"Bugünkü qərar Alzheimer xəstəliyinə qarşı dərmanın klinik effektivlik göstərdiyi üçün qəbul edildi",- deyə departamentin press-relizində açıqlayıb.

FDA izah edir ki, dərman Alzheimer xəstəliyinin erkən mərhələsindən əziyyət çəkən insanlar üçün effektiv və tamamilə təhlükəsizdir.

Alzheimer xəstəliyi beynin düzgün işləməsini dayandıran demensiyanın (koqnitiv itki) ən çox yayılmış formasıdır. ABŞ-da 6,5 ​​milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi 2060-cı ilə qədər təxminən 14 milyon amerikalının Alzheimer xəstəliyindən əziyyət çəkəcəyini təxmin edir.

Nubar Süleymanova, “İki sahil”