Məlum olduğu kimi 6 iyul 2023-cü il tarixində tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may 2023-cü il tarixində Məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olduğuna dair vəsatətini yekdilliklə rədd edib. Bununla da Ermənistan növbəti dəfə beynəlxalq aləmdə beynəlxalq hüquq qarşısında acı məğlubiyyətə uğradı. Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın əsassız iddiaları rədd edildi və ölkəmizin Ermənistanla şərti dövlət sərhədlərində nəzarət buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmın tanıdı.
Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, bu, bir daha onu göstərir ki, Ermənistanın uzun müddətdir beynəlxalq aləmi çaşdırmaq niyyəti daşıyan təxribatçı bəyanatları onların iç üzünü bir daha açdı və beynəlxalq hüquq qarşısında onlar çox aciz və cılız vəziyyətə düşdülər. Eyni zamanda, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın suveren hüquqa əsaslanaraq quraşdırılmış buraxılış məntəqəsinin Azərbaycanın öz ərazisində qurduğunu sübuta yetirmişdir. Bununla da Azərbaycanın sərhəd-buraxılış məntəqəsi ilə Laçın yoluna tam nəzarət həyata keçirməyə haqlı olduğu təsdiqlənmişdir.
Cavid Osmanov xüsusi olaraq qeyd edib ki, məhz Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarından sonra Ermənistanın 1988-ci ildə başladığı “miatsum” layihəsi artıq bu qərardan sonra rəsmən beynəlxalq səviyyədə iflasa uğramışdır. Beynəlxalq məhkəmə suverenliyi və beynəlxalq hüququn aliliyini bununla bir daha təsdiq etmişdir. Bu da Ermənistana beynəlxalq aləmdə növbəti zərbədir. Əlbəttə ki, Azərbaycanın növbəti qələbəsi, ədalətli və haqlı olduğunun sübutudur.
Yaqut Ağaşahqızı, “İki sahil”