“Azərbaycanın xarici ölkələrlə əlaqələrinin inkişafına öz dəstəyimizi davam etdirmək istəyirik”.
“İki sahil” xəbər verir ki, bunu “Report”a açıqlamasında Türkiyənin xarici işlər nazirinin müavini Ahmet Yıldız deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasında əzmkarlığını və eləcə də Türkiyə ilə əlaqələrin yüksək səviyyəyə gəlməsini təqdir edir:
“Bu əlaqələrin daha da möhkəmlənməsi üçün Türkiyə olaraq Xarici İşlər Nazirliyi səviyyəsində səylərimizi davam etdirəcəyik”.
“Azərbaycanla əlaqələrimiz zatən möhkəmdir və bu münasibətlərin daha da möhkəmlənməsinə dəstəyimizi əsirgəməyəcəyik. Azərbaycanın xarici ölkələrlə əlaqələrinin inkişafında Türkiyə olaraq biz də töhfələrimizi verdik və verməyə davam edəcəyik”, - nazir müavini vurğulayıb.