09 iyul 2023 11:56
331

Nazir: Əsas prioritet qələbənin hüquqi və diplomatik müstəvidə bərqərar olmasıdır

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistanın işğalçı siyasətini beynəlxalq müstəviyə daşımaq olub.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"44 günlük Vətən müharibəsi və zəfərimizdən sonra isə əsas prioritet bu qələbənin hüquqi və diplomatik müstəvidə bərqərar olması, dünya birliyi tərəfindən qəbul olunmasıdır. Eyni zamanda bu faktın masa üzərində də həll olunması istiqamətində işlər davam etdirilir", - deyə nazir əlavə edib.