09 iyul 2023 14:25
445

TDT: Azərbaycan diplomatlarının uğurlarının davamlı olmasını arzulayırıq

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini və diplomatik nümayəndəliklərin bütün xidmət əməkdaşlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə TDT-nin sosial şəbəkələrdəki səhifələrində paylaşım edilib.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərin bütün diplomatik xidmət əməkdaşlarını səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq”, - beynəlxalq təşkilatın bayram təbrikində deyilir.

Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.