09 iyul 2023 15:22
418

Aİ səfiri azərbaycanlı diplomatları təbrik edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko azərbaycanlı diplomat həmkarlarını peşə bayramı münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, Aİ səfiri özünün "Twitter" səhifəsində yazıb.

“Azərbaycanlı diplomat həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edirik!”, - Aİ səfiri sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.