10 iyul 2023 13:45
337

​​​​​​​Milli Məclisin deputatları bu həftə tətilə gedir

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının tarixi məlum olub.

“İki sahil” xəbər verir ki, sonuncu iclas iyulun 14-də keçiriləcək.

Bununla da Milli Məclisin deputatları tətilə çıxacaq.

Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.