2009-cu ildə müəyyən edilən təhlükəli Candida auris göbələyi Hindistanda elm adamları tərəfindən sahibsiz itlər arasında aşkar edilib. Kanada və Hindistan mütəxəssisləri qeyd edirlər ki, bu göbələk dərmanlara çox davamlıdır.
Sahibsiz itlər planetin hər yerində son dərəcə təhlükəli xəstəliyin daşıyıcısı kimi ola bilər. Göbələk həm heyvanlar, həm də insanlar üçün zərərlidir.
Alimlər göbələklərin endemik olduğu ərazilərdə itlər və digər ev heyvanları və vəhşi heyvanlarla ünsiyyət qurarkən sayıq olmağa çağırırlar. Bu göbələk ağaclarda, bataqlıqlarda, kanalizasiya sularında və yüksək duzlu mühitlərdə yığılmış almalarda inkişaf edə bilər.
Xatırladaq ki, Candida auris göbələyi ilk dəfə 2009-cu ildə Yaponiyada aşkar edilib və bütün dünyaya yayılıb.
Göbələk ağır infeksiyaların və epidemiyaların səbəbi ola bilər. Çünki hətta müasir antifungal dərmanlar da bunun öhdəsindən gəlməyə çox az kömək edir. Candida aurisə yoluxanların üçdə birindən çoxu ölür. Ümumdünya Səhiyyə Təşkilatı artıq onu dünyada dörd "kritik prioritet" göbələk patogenindən biri elan edib.
Nubar Süleymanova, “İki sahil”