10 iyul 2023 18:22
351

Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycanın mədəniyyət naziri ilə görüşüb

Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu gün Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət sahəsindəki layihələr, o cümlədən muzeylər və kitabxanalar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi 2023-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.