Nigeriya hakimiyyəti və “Shell”in yerli köməkçi şirkəti bazar ertəsi verdikləri açıqlamada “Trans Niger” boru kəmərində bir neçə gün davam edən sızmanın səbəbinin araşdırıldığını bildiriblər.
“Trans Niger” gündə 180 000 barel neft nəql edən iki boru kəmərindən biridir.
Qeyd edək ki, Rivers əyalətindəki sızma iyun ayının 11-də aşkar edilib və dörd gün sonra “Shell Petroleum Development Company of Nigeria Limited” (SPDC) şirkəti sızmanın baş verdiyini açıqlamasında təsdiqləyib.
Ətraf Mühitin Mühafizəsi Mərkəzi 1 həftəyə sızmanın qarşısını almağın mümkün olduğunu bildirib.
Sızmalara nəzarət edən Gənclər və Ətraf Mühitin Mühafizəsi Mərkəzi bildirib ki, Nigeriya Neft Sızmasnın Aşkarlanması və Cavab Agentliyi və yerli icmalardan ibarət bir qrup məlumat toplamaq, onları təhlil etmək, fiziki sübutları araşdırmaq və sızmanın səbəblərini qiymətləndirmək üçün bazar ertəsi hadisə yerində olub və aparılan tədqiqatlar tez bir zamanda ətrafa dağılan neftin həcmini müəyyən edəcək.
Onu da bildirək ki, "Shell" şirkəti illərdir ki, Niger Deltasında tez-tez baş verən neft sızmalarına görə problemlərlə üzləşir.
Leyla Şıxəli, “İki sahil”