Unikal bir tətil təcrübəsi axtarırsınızsa, Maltadan başqa yerə getməyin. Günəşə qərq olmuş bu Aralıq dənizi adasında hər şey var: heyranedici mənzərələr, valehedici tarixi yerlər, qızıl çimərliklər və dünyanın ən yaxşı dalğıcları.
Siz burada Maltaya səyahət etməyin 5 əsas səbəbi ilə tanış olacaqsınız.
Möhtəşəm memarlıq abidələri

Maltanın paytaxtı Valletta möhtəşəm bir memarlıq möcüzəsidir. EramızınVI əsrində Müqəddəs Yəhya Cəngavərləri tərəfindən qurulan, Aralıq dənizinə baxan bu kiçik şəhər xəzinələrlə doludur.
Siz şəhərin hər addımında qumdaşından bəzəkli saraylar, möhtəşəm istehkamlar və barokko üslubunda tikilən kilsələri görə bilərsiniz.
Dadlı mətbəx

Ərəb və Avropa mətbəxlərindən təsirlənən Malta mətbəxində müxtəlif çeşidli və ləzzətli yeməklərə rast gələ bilərsiniz. Maltanın unikal coğrafiyası və labirintli tarixi sayəsində siz Malta mətbəxində ərəb, Aralıq dənizi, fransız və ingilis ləzzətlərinin qarışığını görə bilərsiniz. Qurmanlar ölkənin milli qəlyanaltısı olan lopa pastizidən (adətən noxud və rikotta ilə doldurulmuş ənənəvi xəmir xörəkləri) tutmuş, qızdırılan aljottaya (balıq şorbası) qədər hər şeyin dadına baxmaqdan zövq alacaqlar. Burada yeməklərin porsiyaları böyükdür və kafe və qəlyanaltılar çoxdur. Bu o deməkdir ki, burada ac qalmaq şansınız sıfırdır.
Qədim məbədlər

Stonehenge və piramidalardan daha qədim olan unikal Neolit məbədlərinin fantastik hekayələri sizi onlara heyran qoyacaq. Malta kainatın ən qədim tikililəri hesab edilən bir sıra qeyri-adi məbədlərlə zəngindir. 5000 ildir dənizə baxan heyrətamiz meqalitik Haqar Qim məbədləri, eləcə də dünyada yeganə tarixdən əvvəlki, yeraltı məbədi olan Hal Saflieni Hypogeum YUNESCO-nun dünya mədəni irs siyahısına edilib.
Qızılı çimərliklər

Maltada saysız -hesabsız çimərliklər mövcuddur. Onlardan on ikisi Mavi Bayraq alıb ( yüksək səviyyəsi ilə seçilən çimərliklərə verilən mükafat). Bu çimərliklərdən ən böyüyü və məşhuru Maltanın şimal-qərb sahilində yerləşən Melliha çimərliyidir. Burada uşaqlarınız qumdan qala düzəldə biləcək və dayaz suda rahatlıqla sörfinqlə məşğul ola biləcəklər.
Dayvinq və snoklinq
Malta snoklinq və dayvinq üçün Avropanın ən yaxşı yeri hesab olunur. Burada suyun temperaturu avqust ayında 20 dərəcə civarında olur. Mütəxəssislər buranı yeraltı cənnət hesab edirlər. Bu ərazilərin bəzilərinin bir neçə hissəsi II Dünya müharibəsi zamanı dağıntılara məruz qalıb. Maltadakı çoxsaylı qayalar da sualtı macəraları daha maraqlı edir. Siz çapaq, truba balığı, xərçəngkimilər və bala müren balığı ilə qarşılaşacaqsınız. İtigözlü snorkellerlər burada hətta bir və ya iki ahtapota da rast gələ bilərlər.
Leyla Şıxəli, “İki sahil”