11 iyul 2023 10:54
571

Ən populyar sosial media platformaları bəlli olub

Texnologiyanın inkişafı ilə insanların sosiallaşa bildiyi sosial media platformalarının sayı son illərdə artıb.

“İki sahil” xəbər verir ki, texnologiya ilə bağlı hesabatlar hazırlayan "StatCounter", 2023-cü ilin iyul ayı etibarilə sosial media platformalarının istifadəçi sayına görə bazar paylarını açıqlayıb. "Facebook"un birinci olması diqqət çəkib.

"StatCounter"in məlumatına görə, dünyada ən populyar olan "Facebook" , istifadəçi sayına görə sosial media bazarının 63,93 % nə hakimdir. "Instagram"ın isə istifadə nisbəti 13,91 % səviyyəsindədir .