12 iyul 2023 01:15
689

Ziyarətçilər üçün əlçatmaz olan məkanlar FOTO

Belə görünür ki, insan ayağını hara basıbsa, Yer kürəsinin əksər yerləri çoxdan öyrənilib, tapdalanıb, qazılıb və yenidən işlənib. Amma hələ də dünyada elə yerlər var ki, müəyyən səbəblərdən insanlar tərəfindən toxunulmaz qalır. Bu yazıda həmin sirli yerlərin harada olduğundan və niyə ziyarətçilərdən qorunduğundan bəhs edilir.

Bildiyiniz kimi, qadağan olunmuş “meyvə" şirindir: Amma bu qadağan olunmuş yerlərə nə qədər girmək istəsək də, çətin ki, uğur qazana bilək. Bu məsələdə risk etməmək daha yaxşıdır...

Lasko mağarası (Fransa)

Bir zamanlar bu mağarada insanlar olub, amma indi arxeoloqlardan başqa heç kəsi ora buraxmırlar. Lasko Mağarası ən azı 17300 il əvvəldən mövcuddur və hər şeyi olduğu kimi özündə saxlayan ən mühüm Son Paleolit ​​dövrü məskənlərindən biridir.

1963-cü ildən bəri mağara geniş ictimaiyyət üçün bağlıdır. Çünki turistlərin böyük axını qədim sənət əsərini məhv edə bilər.

Şimali Sentinel adası (Hindistan)

Sadəcə aclıqdan ölə biləcəyiniz səhra ada haqqında heç bir yazılı hekayə yoxdur. Bu adanın problemi fərqlidir - başqa insanlarla hər hansı əlaqəni rədd edən sentinellərin - aborigenlərin yeganə vətəni və yaşayış yeridir. Qəribləri görən kimi onlar mühakimə etmədən ərazilərini qorumağa çalışaraq zorakılığa əl atmağa başlayırlar.

Poveglia adası (İtaliya)

Uzun illərdir ki, bu adada heç kim yaşamır və heç kim ora girməsin deyə, dəniz patrulu tərəfindən gecə-gündüz mühafizə olunur. Niyə kimsəsiz bir adanın belə hərtərəfli müdafiəsi var? Bu yerin tarixi vahimələndiricidir və onu eşidənlərin çoxu istər-istəməz adanın lənətləndiyini düşünməyə başlayır.

Taun epidemiyası zamanı bu, 160 mindən çox yoluxmuş insanın yaşadığı və son günlərini keçirdiyi karantin məntəqəsi idi. Bəzi məlumatlara görə, adanın ərazisinin demək olar ki, yarısı insan qalıqlarından ibarətdir. Lakin bu, adanın ziyarətçilərin üzünə qapalı olması üçün tək səbəb deyil.

1922-ci ildə orada psixiatriya xəstəxanası yerləşirdi, oraya təkcə ruhi xəstələr deyil, həm də siyasi rejimin düşmənləri göndərilirdi. Bu xəstəxananın divarları arasında dəhşətli hadisələr baş vermişdi, orada 40 ildən çox xəstələrə işgəncə veriblər. 1968-ci ildə nəhayət, bağlandı və ada yaşayışsız qaldı.

Dünya Toxum Anbarı (Norveç)

Bu, Svalbard adasında 2008-ci ildə tikilmiş anbar tunelidir. Dünyanın hər yerindən gətirilən müxtəlif bitkilərin toxumlarını saxlayırlar. Məqsəd mümkün qlobal fəlakətlər (məsələn, asteroidin düşməsi, nüvə müharibəsi və ya qlobal istiləşmə) nəticəsində müəyyən bitkilərin məhv olmasının qarşısını almaqdan ibarətdir. Anbarda 2,25 milyard toxum saxlanıla bilər. Hazırda orada 900 mindən çox toxum saxlanılır.

Svalbard adası bu səbəblərdən ən vacib anbarın tikintisi üçün seçildi: birincisi, yerləşdiyi ərazidə seysmik aktivlik inanılmaz dərəcədə aşağıdır, ikincisi, bunun üçün ən uyğun şərtlər var - permafrost.

Hətta qlobal istiləşmə Dünya Toxum Anbarı üçün qorxulu olmayacaq.

Keymada-Qrandi (Braziliya)

Bu adaya İlan adası da deyilir. Çünki burada dünyanın ən təhlükəli ilan növlərindən olan bir neçə min zəhərli ilan yaşayır. Bunlar ada botroplarıdır, dişləməsi ani toxuma nekrozuna, kəskin böyrək çatışmazlığına, mədə-bağırsaq qanamasına, beyin qanamasına səbəb olur və ölümlə nəticələnir. Adada balıqçıların və dənizçilərin uzaqdan görərək adadan uzaqlaşması üçün xüsusi mayak quraşdırılıb. Braziliyada qanunvericilik səviyyəsində həmin adaya üzmək qəti qadağandır.

Nubar Süleymanova, “İki sahil”