08 iyun 2018 14:44
1454

Dünyanın ən varlı qadınlarını tanıyırsınızmı?

Çox insanlar düşünürlər ki, varlı olmaq insanı pisə doğru dəyişir. Məsələn, belə bir stereotip ehtimal olunur ki, varlı qadınlar işləməkdən qorxurlar, plastik əməliyyatları sevirlər və daim istirahət edirlər. Lakin bu gün sizə təqdim edəcəyimiz xanımlar tam əksini sübut edəcəklər. Dünyanın ən varlı qadınları statusunu daşıyan bu xanımlar zahirən də çox sadə görünürlər. Bəzilərinə baxdıqda isə onların milyardlara sahib olduğuna inanmaq belə olmur.

Cina Raynxart adlı bu qadına atasından dəmir filiz istehsal edən  şirkət miras qalıb. Bir müddət şirkət tənəzzülə uğrayıb, lakin varisin biznesin idarəsində tədbiq etdiyi yeni qərarlar yenidən yüksəlməyə və gəlirlərin artmasına təkan verib. Bununla yanaşı, Raynxart 17,5 milyard dollar gəlir əldə edib.

Kristin Uolton. Bu qadının mərhum həyat yoldaşı “Wal-Mart” və “Sam’s Club” mağazalar şəbəkəsinin sahibi olub. Onun ölümündən sonra bütün miras həyat yoldaşına qalıb. Bu xanım nəinki bu mirası qoruyub saxlaya bilib, o, həmçinin  gəlirləri iki dəfə çox yüksəldib. “Forbes” in məlumatına əsasən bildirilir ki, 69 yaşlı Kristin Uolton 6,6 milyard dollar dəyərində sərvətə sahibdir.

Elis Uolton. Sema Uoltonun qızı ABŞ-ın ən varlı qadını hesab olunur. Mütəxəssislərin qiymətləndirməsinə əsasən bildirilir ki, bu qadın 40 milyard dollar dəyərində sərvət sahibidir.  Lakin onun qanunla əlaqədar problemləri mövcuddur, belə ki,  piyada keçidində  avtomobili ilə piyadaya xəsarət yetirərək onun ölümünə səbəb olub.

Jaklin Mars. Şokolad batonları istehsal edən şirkətə sahib olan bu qadının 78 yaşı var və ona bu şirkət atasından miras qalıb. Hazırda şirkətin sahibi olan Jaklin Mars 24,3 milyard dollar sərvətin sahibəsidir. Bundan başqa, şirkət xeyriyyəçilik üzrə tədbirlər sırasında birinci yerlərdə durur.

Syuzana Klatten. Bu xanım Almaniyada ən varlı qadın statusuna sahibdir. Onun hesabında 25,5 milyard dollar dəyərində vəsait mövcuddur. Məhz bu qadın BMW şirkətlər qrupunun 50% səhminə sahibdir. Bundan başqa, o, yerli əczaçılıq müəssəsinin idarəçisidir.

Ebiqeyl Conson. Bu qadın “Fidelity Investments” holdinq müəssisəsinin sahibəsidir və apardığı iş üzrə əldə etdiyi nailiyyətlərə əsasən dünyanın ən varlı qadınları sırasına daxil olmağı bacara bilib. Ekspertlərin qiymətləndirməsinə görə, hazırkı dövrdə bu qadın 15,3 milyard dollar dəyərində sərvətə sahibdir.

Loren Pauell. 54 yaşlı Pauell  məşur “Apple” şirkətinin sahibi Stivin Cobsun həyat yoldaşıdır. Mərhumun ölümündən sonra Stivin Cobsun bütün işlərini həyat yoldaşı Pauell öz öhdəsinə götürüb.  Ekspertlər apardıqları hesablamalara görə, hazırda onun sahib olduğu sərvətin dəyərinin təxminən 19,3 milyard dollar olduğunu bildirirlər.  Bundan başqa, dünyanın ən varlı qadınlarından biri hesab edilən Loren Pauell biznesi idarə etməklə yanaşı, üç uşaq anası olaraq onların tərbiyəsi ilə də məşğuldur.

Könül Əliyeva, “İki sahil”