Azərbaycanla Türkiyənin hər bir sahədə münasibəti ən yüksək səviyyədədir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türk Şəhidliyi abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"Türkiyə, Azərbaycan və Şimali Kipr “bir millət, üç dövlət” anlayışı ilə hərəkət edən yaxın ölkələrdir. Türkiyənin Aralıq dənizinin Şərqində Şimali Kiprə verdiyi əhəmiyyət Cənubi Qafqazda da Azərbaycana verdiyi əhəmiyyət qədər önəmlidir", - sədr əlavə edib.