12 iyul 2023 13:14
280

İsrailin müdafiə naziri Azərbaycana rəsmi səfər edəcək - YENİLƏNİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ölkəmizə rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, Yoav Qallantın İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

***

İsrailin müdafiə naziri Yoav Qallant bu gün Azərbaycana gələcək.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, səfər iyulun 14-dək davam edəcək. Səfər çərçivəsində Yoav Qallantın Prezident İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və təhlükəsizlik xidmətlərinin digər yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir.

Qeyd edilib ki, səfərin məqsədi Azərbaycanla siyasi əməkdaşlığı möhkəmləndirmək, iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir.