12 iyul 2023 17:13
281

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası razılaşdırılır

Ermənistan Xarici İşlər Nazirliyi dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Ermənistan-Azərbaycan komissiyasının növbəti iclası barədə məlumat verib.

İki sahil “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazirin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev delimitasiya məsələlərinin müzakirəsini davam etdirib və təşkilati detalları nəzərdən keçiriblər.

Tərəflər növbəti - beşinci görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.