İspaniyada 5000 il əvvələ aid mürəkkəb məzarın ilkin kəşfindən sonra arxeoloqlar digər dəbdəbəli əşyalar arasında kristal xəncər və fil dişləri aşkar ediblər. Tədqiqatçılar bu axtarışın nəticəsi olaraq, məzarın kişiyə aid olduğu qənaətinə gəlmişdilər. Lakin sonradan aparılan araşdırmalar nəticəsində məzardakı qalıqların əslində qadına aid olduğu üzə çıxıb. Belə ki, məzardan tapılan iki diş məzarın qadına aid olduğunu təsdiq edib. Tədqiqatçılar cinsi təyin etmək üçün diş minasını təhlil edən yeni üsuldan istifadə ediblər. Sözügedən yeni texnika diş minasının kimyasında kişilər və qadınlar arasında fərqləri aşkar edir və cəsədi tam DNT etmək mövcud olmadıqda belə istifadə edilə bilər.
“Scientific Reports” jurnalında dərc olunan araşdırmaya görə, təxminən beş il əvvəl hazırlanmış bu texnika pis vəziyyətdə olan skelet qalıqlarının müəyyən edilməsində ən etibarlı vasitə elan edilib. Tədqiqatçılar onu İvori Ledi ( fil dişi xanımı) adlandırırlar. Həmin xanımın həyatı haqqında bəzi təfərrüatlar arxeoloqlara hələ də sirr olaraq qalır .
İspaniyanın Sevilya Universitetinin rektoru və arxeoloqu Leonardo Garcia Sanxuan bildirib: "O, çox xüsusi artefaktların olduğu bir məzarda tək basdırılıb və bu, onun xüsusi bir insan olduğunu göstərir."-deyə bildirib.
Sərdabə Sevilyadan bir neçə mil qərbdə, İspaniyanın cənub sahili yaxınlığında yerləşir və 2008-ci ildə aşkar edilib. Arxeoloqlar qorunmuş sümüklərin tədqiqinə və məzarda bir neçə qiymətli əşyanın tapılması faktına əsaslanaraq məzardakı şəxsin kişi olduğunu düşünürdülər. Həmçinin məzarda dəvəquşu yumurtasının qabığı , kəhrəba, dişlər və xəncər də aşkar olunub. Tapılan əşyalar şəxsin yüksək sosial statusa malik olduğunu göstərir.
Arxeoloji qazıntılarda Şotlandiyanın Sent-Endryus Universitetinin tarixçisi Alison Biç iştirak etməsə də , o, bu tədqiqatın köhnə tarixi rəvayətləri şübhə altına alan bir məzar olduğunu bildirib . Alison Biç, düşünür ki, bütün dövrlərdə olduğu kimi, o dövrdə də qadınlar kişilər kimi yüksək nüfuza və hörmətə sahib olublar. “İvori Ledi” adlandırılan şəxsin məzarı hamıdan fərqli və qeyri-adidir və onunla müqayisə edilən heç bir məlum kişi və ya qadın məzarı yoxdur"- deyə Garcia Sanxuan bildirib. Maraqlısı odur ki, ölümündən təxminən 80 il sonra insanlar onun məzarına yenidən daxil olublar və içərisinə əlavə nəzir şəklində verilən əşyalar, o cümlədən büllur xəncər qoyublar.Tədqiqatçılar onun mənsub olduğu cəmiyyətin sosial və ya siyasi quruluşu haqqında çox az şey bilirlər , məzarın qazılması təxminən Misir fironlarının yüksəlişi və Mesopotamiyada , Fəratın sahilində ilk planlaşdırılan şəhərin tikintisi ilə eyni vaxtda olduğunu düşünürlər.
Leyla Şıxəli, “İki Sahil”