13 iyul 2023 11:49
286

Prezident: Azərbaycan sülh gündəliyinə sadiqdir

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqdir.

“İki sahil” xəbər verir ki, bu barədə iyulun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Dövlət başçısı, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.