13 iyul 2023 13:45
267

İsrail müdafiə naziri Albert Aqarunovun məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan İsrail nümayənə heyəti Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər.

“Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.