17 iyul 2023 11:04
1104

"Şuşa" “Zəfər Kuboku”nun qalibi olub

15-16 iyun tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə “Zəfər Kuboku”nun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, "Avrora Qrup"un baş sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının (AVF) dəstəyi ilə gerçəkləşən turnirin oyunları Qusar Olimpiya İdman Kompleksində keçirilib.

42 jurnalist, 6 komanda ilə baş tutan turnir gərgin oyunlarla yadda qalıb. Sonda komandalar arasında ən güclü “Şuşa” olub və birincilik kürsüsünə qalxıb.

Sonda mükafatlandırma mərasimi keçirilib. Çempion komandaya kubok və qızıl medallar, iki və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub. Turnirin ən yaxşı oyunçusu seçilən "Şuşa"nın voleybolçusu Anar Məmmədov isə xüsusi mükafata layiq görülüb.

Zəfər Kuboku oyunları:

15 iyul
A qrupu
"Füzuli" - "Suqovuşan" - 0:2
"Xankəndi" - "Suqovuşan" - 0:2
"Füzuli" - "Xankəndi" - 0:2

B qrupu
"Kəlbəcər" - "Şuşa" - 0:2
"Zəngilan" - "Şuşa" - 0:2
"Kəlbəcər" - "Zəngilan" - 2:0

16 iyul

Yarımfinallar

10:00. "Suqovuşan" - "Kəlbəcər" - 0:2

11:00. "Xankəndi" - "Şuşa" - 0:2

3-cü yer uğrunda görüş

12:00. "Suqovuşan" - "Xankəndi" - 1:2

Final

13:00. "Şuşa" - "Kəlbəcər" - 2:0