Otuz il əvvəl quruya oturan təxminən 4,17 min kvadratkilometr sahəyə malik (Sankt-Peterburqun ərazisindən iki dəfə çox) dünyanın ən böyük aysberqi “A23” aktiv sürüşməyə başlayıb.
Arktika və Antarktika Araşdırma İnstitutunun məlumatına görə, aysberq ayda 150 kilometrdən çox sürətlə Antarktida sahilləri boyunca hərəkət edir.
Əvvəllər sovet mövsümi elmi bazası "Drujnaya-1" bu aysberqin üzərində yerləşirdi.
Mütəxəssislər xatırladırlar ki, aysberqlər ticarət və balıqçılıq gəmiləri üçün potensial təhlükə yarada bilər. Ona görə də alimlər onların hərəkətini daim izləyirlər.
“AARİ”də bildirilir ki, “A23a”aysberqinin gələcəyi bir çox amillərdən asılıdır. Bunlar cərəyanların, sualtı relyefin çıxıntılarının və meteoroloji amillərin təsiridir.
“RİA Novosti” xəbər verir ki, alimlər aysberqin bu il “təmiz suya” gətirilməsini təklif edirlər.
Nubar Süleymanova, “İki sahil”