Günəş aktivliyi dövrü pik nöqtəsinə yaxınlaşır. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) aparıcı elmi işçisi Natan Eysmont danışıb.
Mütəxəssis qeyd edib ki, günəş iki ildən sonra öz dövrünün zirvəsinə çatacaq. Eysmontun fikrincə, Yerdəki hər cür bəlalar günəş alovlarından qaynaqlanır. O cümlədən söhbət rabitədə yaranan fasilələrdən, elektrik verilişi xətlərinin işindəki problemlərdən gedir. Ola bilsin ki, problemlər qlobal xarakter daşısın.
Natan Eysmont insanların belə hadisələrə məruz qalmaqla bağlı qayğılarına diqqət çəkib.
Akademik E.K.Fyodorov adına Tətbiqi Geofizika İnstitutunun saytında daha əvvəl iyulun 18-dən 19-dək günəşin yüksək aktivliyinin gözlənildiyi barədə məlumat yayılmışdı. Bu, hətta radio rabitəsini poza bilər.
Nubar Süleymanova, “İki sahil”