26 iyul 2023 01:48
713

Köpək balıqlarının həyatı təhlükədədir

Florida sahillərində aparılan tədqiqatlar zamanı köpək balıqlarının dənizə atılan kokain balyaları səbəbi ilə qeyri-təbii davranışlar sərgilədikləri və halüsinasiyalar yaşadıqları aşkar edilmişdir.

“The Guardian”ın xəbərinə görə, Treysi Fanara və onun Floridadakı “Mote” Dəniz Laboratoriyasından olan tədqiqatçılar qrupu narkotik qaçaqmalçıları tərəfindən okeana atılan kokain paketlərinin dəniz həyatına təsirini araşdırıb. Altı gün Floridanın cənub  adaları ətrafında köpək balıqlarını müşahidə edən tədqiqatçılar balıqların qeyri-adi davranış nümayiş etdirdiyini aşkar ediblər.

Normalda insanlarla təmasdan qaçan Hammerhead köpəkbalıqlarının( çəkicbaşlı köpəkbalığı) kokain qəbul etdikdən sonra insanlara tərəf üzdükləri müşahidə edilib, halüsinasiyalar yaşayan Sandbar köpəkbalığı isə  xəyali ovun ətrafında dövrə vurub.Tədqiqatın bir hissəsi olaraq, tədqiqatçılar köpək balıqlarının reaksiyalarını öyrənmək üçün suya kokain əvəzinə balıq yemi olan balyalar buraxıblar və nəticədə köpəkbalığı balyalara hücum edib. Fanara və komandası araşdırmalarını davam etdirməyi və kokain istehlakının həcmini müəyyən etmək üçün köpək balıqlarından qan nümunələri götürməyi planlaşdırır.  Dünya orta ömür müddəti 272 il olan, lakin 400 ilə qədər yaşaya bilən köpəkbalıqları üçün olduqca narahatdır.

Bu araşdırmanın nəticələri Florida sahillərindəki sulara atılan kokain paketlərinin dəniz ekosisteminin vacib hissəsi olan köpək balıqlarının davranışına təsir edən mənfi təsirlərin nəticələrinə sanki  işıq salır. Alimlər bu kəşfləri daha dərindən araşdırdıqca, dəniz həyatını  və ekoloji tarazlığı qorumaq üçün daha çox səy göstərirlər.

Leyla Şıxəli, “İki sahil”