28 iyul 2023 02:16
849

Çəhrayı partlayış: gəlirli “Barbie”

Çəhrayı souslu “Burger King” burgeri,  ev heyvanlarına geyindirilmiş " qanadlı Barbie " sviterləri və Barbie motivli çarpayılar..... İstənilən geyim mağazasında siz  çəhrayı rəngli  və üstündə barbie motivli köynəklərdən gözlərinizi çəkə bilməyəcəksiniz.  Buna səbəb keçən həftədən  kinoteatrlarda  nümayiş olunan  və izləmə rekordu qıran "Barbie" filmi olub.  Hazırda satışda itiniz üçün belə  barbie idman ayaqqabısı, barbie kürək çantaları, barbie üzgüçülük paltarları və barbie kapüşonları var. Mağazalarda  daş-qaşlarla bəzədilmiş şüşə su qabları, çəhrayı təkərləri olan neon sarısı rəngində  diyircəkli ayaqqabılar və  daha nələr görə bilərsiniz.

 “Mattel” şirkətinin prezidenti və baş direktoru Riçard Dikson müsahibəsində:  "Dünyanın elə bir küncü yoxdur ki, çəhrayı rəngə çevrilməsin"-deyə bildirib. “Valentino dizaynerləri” 2022-ci ilin mart ayından  modellərin başdan ayağa fuşya ( tünd çəhrayı rəng) rənginə bürünməsi  ilə çəhrayı rəngin partlayışını əvvəldən  hiss etdiklərini bildiriblər.

Bir neçə ay sonra fotoşəkillərdə “Barbie” filminin ulduzu Margot Robbieni çəkiliş meydançasında çəhrayı rəngli  kombinezonda göründü. “InStyle.p”nin xəbər direktoru Madeline Hirsch deyir ki,  bu rəng  Qərb tərzli geyimlərin və parlaq Y2K modalarının trend olduğu bir vaxtda viral oldu.

Bu tərz  COVID-19 pandemiyasında evə qapanmadan sonra  bir çox insanın ofislərə qayıtması ilə üst-üstə düşdü. Hirsch insanların  pandemiyadan sonra sanki yenilənmək, canlanmaq  üçün yeni rəng və yeni tərz arzuladıqlarını  və  belə bir vaxtda barbienin ecazkar cazibəsi  ilə  insanları  özünə cəlb etdiyini bildirib.

Çəhrayı parıldayan popkorn

Barbie Mattel-in ilk üç markasından biridir. Oyuncaq istehsalçısı 2022-ci ildə “Barbiecore”  adı ilə  markasını yaratdı və yüksək səviyyəli fransız dizayneri Balmain, zərgərlik istehsalçısı Kendra Scott və rahat geyimləri ilə seçilən  Barefoot Dreams kimi şirkətlərlə əməkdaşlıq etdi. Filmdən sonra Mattellə əməkdaşlıq etmək istəyən şirkətlərin sayı da artmağa başlayıb. Hal-hazırda mövcud olan əşyalar  arasında 20 dollarlıq barbie köynəyindən tutmuş, barbie motivli 1550 dollarlıq bluza var. Barbiedən ilhamlanan qidalara Braziliyadakı “Burger King”də satılan dondurma dadlı və çəhrayı souslu “Barbie burger”də daxildir. Hazırda Sidney hava limanında sərgilənən çəhrayı çamadanlar barbieden ilhamlanaraq hazırlanıb.

Hirsch deyır ki, “Barbie” çəhrayıdan daha artığını ifadə edir. Filmi izləməyə gələn qadınlar  belə kinoteatrlara barbiedən ilhamlanmış geyimlər geyinərək gəlirlər.  

Qeyd edək ki, “Barbie” filmi onunla eyni vaxtda nümayiş olunan “Oppenheimer” və Tom Kruzun  "Mission: Impossible" filmlərini bilet satışına görə geridə qoyub.

Leyla Şıxəli, “İki sahil”